Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Suriya Demokratik Qüvvələri”nin (SDQ) komandanı Məzlum Abdi, Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şaraa ilə aparılan atəşkəs prosesi və ABŞ rəsmi şəxsləri ilə keçirdiyi görüşlər barədə danışıb.
"Cebheinfo.az" xəbər verir ki, Abdi Ərbildə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi və Türkiyədəki səfiri Tom Barrak, həmçinin ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı, admiral Bred Kuper ilə keçirilən görüşün “konstruktiv və məhsuldar” keçdiyini bildirib.
"X" hesabında paylaşım edən Abdi, “Mövcud atəşkəsi qorumaq və həqiqi inteqrasiyanı təmin etmək üçün bütün imkanlarımızla və qətiyyətlə çalışacağıq” deyib.
Məzlum Abdinin sosial media hesabı vasitəsilə etdiyi açıqlamada bu ifadələrə yer verilib:
“Amerika Birləşmiş Ştatlarının dəstəyi və ABŞ Prezidenti Trampın atəşkəs prosesinə yönəlmiş siyasəti, habelə səfir Barrakın bizimlə Suriya hökuməti arasında dialoqa və danışıqlara qayıdış istiqamətindəki səyləri bizim tərəfimizdən ciddi, mühüm və məmnuniyyətlə qarşılanan addımlardır. Mövcud atəşkəsi qorumaq və həqiqi inteqrasiyanı təmin etmək üçün bütün imkanlarımızla və qətiyyətlə çalışacağıq”.
Digər tərəfdən, SDQ ilə Suriya hökuməti arasında elan edilən atəşkəs sabah axşam saat 21:00-da başa çatacaq.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin