Məzun olmağa hazırlaşırdılar, arzuları yarımçıq qaldı Video

15.11.2026

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Füzuli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki məktəblinin və müəllimin həyatına son qoyub.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində müəllim Seymur İsmayılov, eləcə də onun şagirdləri Turan Əsgərov və Əhəd Heydərzadə həyatlarını itiriblər.
Həlak olan Turan Əsgərov və Əhəd Heydərzadə Füzuli rayon Mirzə Uluqbəy adına tam orta məktəbin 11-ci sinif şagirdləri olublar. Onlar bu tədris ilinin sonunda məktəbi bitirərək məzun olmağa hazırlaşırdılar. Lakin faciəli qəza onların arzularını yarımçıq qoyub.
Artıq hər iki məktəbli dəfn edilib. (Oxu.az)

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью