Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Əmək məzuniyyətini hissələrə bölərək istifadə edən işçiyə qalan günlərə görə kompensasiya ödənilməsi təklif olunur.
Modern.az xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırda əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünə bilər. Bu halda hissələrdən biri iki təqvim həftəsindən az olmamalıdır.
Layihəyə əsasən, işçi məzuniyyətin bir hissəsindən istifadə etdikdə qalan günlər başqa vaxta keçirilə və ya Əmək Məcəlləsinin 135-ci maddəsinin tələblərinə uyğun kompensasiya ilə əvəz edilə bilər. Bununla belə, minimum 21 təqvim günlük məzuniyyət müddəti kompensasiya ilə əvəz oluna bilməz.