Məzuniyyətlə bağlı qaydalar DƏYİŞİR Bu halda müddəti UZADILACAQ

03.12.2025

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əmək məzuniyyəti dövrünə təsadüf edən bayram, hüzn və səsvermə günlərinin sayı qədər məzuniyyət müddəti uzadılacaq.
Bizim.Media xəbər verir ki, bu məsələ Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Təklif olunan dəyişikliyə əsasən, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri, ümumxalq hüzn günü və səsvermə günü məzuniyyət günləri hesab edilmir və ödənilmir, lakin məzuniyyətin müddəti bu günlərin sayı qədər uzadılacaq. 
Bu halda, Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə və bu hal əmək məzuniyyəti dövrünə təsadüf etdikdə üst-üstə düşən günlər bir gün hesabı ilə nəzərə alınacaq.
Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günlərinə görə məzuniyyət müddəti uzadılmır.
Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью