Mİ5 İrana görə Britaniya parlamentinə xəbərdarlıq etdi

14.10.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Çin, Rusiya və İrandan olan casuslar ölkənin demokratiyasını sarsıtmaq üçün parlament üzvlərini hədəfə alıblar.

Axar.az xəbər verir ki, bu, Britaniyanın Təhlükəsizlik Xidməti Mİ5-in xəbərdarlıq bəyanatında bildirilib.

“Xarici hökumətlər Britaniyanın həyati əhəmiyyətli məlumatlarını oğurlamaqla və ya demokratik proseslərimizi manipulyasiya etməklə, nəinki qısa müddətdə təhlükəsizliyimizi təhdid edir, həm də suverenliyimizin əsaslarını pozurlar”, - bəyanatda qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью