Mİ6 nın rəhbəri qadın olacaq Tarixdə ilk

11.05.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Britaniyanın Mİ6 kəşfiyyat agentliyinin rəhbəri qadın olacaq.

Axar.az xəbər verir ki, bu barədə “Tayms” yazıb.

“Tarixdə ilk dəfə olaraq Mİ6 məxfi kəşfiyyat xidmətinə qadın rəhbərlik edəcək. İş üçün müsahibələr keçən həftə baş tutub və hər üç son namizəd qadın olub. Onlardan ikisi Mİ6 zabitidir”, - məlumatda qeyd olunub.

Nəşr bildirib ki, qadın namizədlərdən yalnız birinin adı məlumdur. O, Britaniyanın Çindəki keçmiş səfiri, hazırda Xarici İşlər Nazirliyində yüksək vəzifə tutmuş Barbara Vudvorddur.

Qeyd edək ki, Mİ6-nın indiki rəhbəri Riçard Mur bu ilin payızında istefaya gedəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью