Mia Seppo: 2030cu ilə qədər qlobal miqyasda 100 milyondan çox iş yeri yaradıla bilər

18.11.2024

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"Beynəlxalq Əmək Təşkilatının (BƏT) qlobal tədqiqatı enerji dayanıqlılığına və dairəvi iqtisadiyyata keçidin 2030-cu ilə qədər qlobal miqyasda 100 milyondan çox iş yeri yarada biləcəyini göstərir".

Oxu.Az xəbər verir ki, bunu BƏT-in İş və sosial müdafiə üzrə baş direktorunun köməkçisi Mia Seppo COP29 çərçivəsində "İqlim dayanıqlılığı üçün İnsan İnkişafına dair Bakı Təşəbbüsü" mövzusunda keçirilən birgə iclasda çıxışı zamanı deyib.

O qeyd edib ki, milli adaptasiya planları və digər iqlim siyasətlərində gənclər, uşaqlar və qadınlarla bağlı məsələyə diqqət yetirilməlidir:

"Təhsil, bacarıqlar, səhiyyə, iş yerləri və sosial müdafiəyə fokuslanaraq insan inkişafına üstünlük verilməlidir. BƏT-in qlobal tədqiqatı göstərir ki, enerji dayanıqlılığına və dairəvi iqtisadiyyata keçid 2030-cu ilə qədər qlobal miqyasda 100 milyondan çox iş yeri yarada bilər".

Məhərrəm Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью