Icma.az bildirir, Olay.az saytına əsaslanaraq.
“Michael Kors” brendinin 2026-cı ilin payız/qış kolleksiyasının reklam kampaniyasında Brodveynin ən böyük ulduzlarından bəziləri iştirak edib.
“Tony” mükafatı laureatları Odra MakDonald, Satton Foster, Cudit Layt və Kara Yanq, həmçinin “Funny Girl” və “Chess” müzikllarının ulduzu Lia Mişel və balerina Misti Kouplend brendin 45 illiyini qeyd edən yeni reklam kampaniyasının simalarına çevriliblər.
Yeni kampaniya Nyu-Yorkda çəkiliş meydançasında lentə alınıb.