Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yunanıstanın Baş naziri Kiriakos Miçotakis və Fransa Prezidenti Emmanuel Makron Türkiyəyə "Meteor" hava-hava raketlərinin mümkün satışı ilə bağlı danışıqlar aparıb.
Sözügedən raketlərin mümükün satışı Afinada narahatlıq yaradıb. Axar.az xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb.
Bildirilib ki, onların görüşü AB-nin Brüsseldə keçirilən sammiti çərçivəsində baş tutub.
Miçotakis Türkiyə ilə MBDA Avropa Raket Konsorsiumu arasında Böyük Britaniyanın vasitəçiliyi ilə davam edən danışıqların təfərrüatını istəyib.
Makron müzakirəni təsdiqləyib, lakin Türkiyə ilə yekun razılaşmanın əldə olunmadığını vurğulayıb.
O qeyd edib ki, Türkiyə ilə razılaşmanı əvvəlcədən əldə edilmiş nəticə saymaq olmaz.
Qeyd olunur ki, bu məsələ Yunanıstanın Fransa ilə müdafiə əlaqələrini gücləndirilməsi fonunda diqqətini çəkib.