Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Samsung Electronics və SK Hynix şirkətlərindəki həmkarlar ittifaqlarının rəhbərlikdən daha yüksək bonuslar tələb etməkdəki uğuru Cənubi Koreyadan kənarda yarımkeçirici sənayesinin nümayəndələrini ruhlandırıb. Micron Technology şirkətinin Tayvanlı işçilərin də əmək haqlarını artıra bilər, lakin ümid etdikləri qədər deyil.
Reuters agentliyinin Micron Technology şirkətinin açıqlamalarına istinadən qeyd edir ki, Tayvanda şirkət tərəfindən birbaşa işə götürülən işçilər 2026-cı maliyyə ilinin sonuna qədər hər bir işçi üçün minimum 53.809 dollar nağd kompensasiya ilə bonuslar gözləyə biləcəklər. Şirkət hesabat dövrünün qeyri-adi dərəcədə yüksək gəlirlə xarakterizə olunduğunu və buna görə də dünya üzrə 60.000-dən çox işçiyə bonuslar verməyə hazır olduğunu açıqlayıb. Operatorlara, texniklərə və növbə mühəndislərinə ödənişlər rekord səviyyəyə çatıb.
Tayvanda 29 avqust 2025-ci il tarixindən əvvəl işə qəbul edilmiş Micron işçiləri 2026-cı maliyyə ili üçün hər işçi üçün 31.653 dollar nağd bonus alacaqlar. Başlanğıc səviyyəli mühəndislər bu məbləğin təxminən üç qatını nağd şəkildə alacaqlar və digər kompensasiya variantları nəzərə alındıqda, bonus hər işçi üçün 107.000 dollara çatacaq. İllik bonusun yalnız kiçik bir hissəsi nağd şəkildə ödəniləcək. Şirkət Tayvanda təxminən 15.000 nəfər işlə təmin edir.
M.MİRZƏ
XQ