Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-ın texnologiya nəhəngi “Microsoft” ABŞ, Kanada, Hindistan və Böyük Britaniyada seçilmiş işçiləri əhatə edən könüllü işdənçıxma proqramına başlayıb.
Banco.az xəbər verir ki, şirkətin təxminən 60 min işçisinə könüllü işdənçıxma paketləri təklif etməsi gözlənilir.
“Microsoft”un İnsan Resursları üzrə baş vitse-prezidenti Emi Koulman işçilərə göndərdiyi mesajda bildirib ki, proqrama daxil olan bölmələrdəki uyğun əməkdaşlara könüllü şəkildə şirkətdən ayrılmaq imkanı veriləcək.
Koulmanın sözlərinə görə, proqram “Microsoft”dan kənarda karyera qurmağı düşünən işçilər üçün dəstəklənən keçid imkanı yaradacaq.
Bildirilib ki, təşəbbüs şirkətə dəyişən ehtiyaclara uyğun olaraq müvafiq bölmələrdə işçi qüvvəsinin strukturunu yenidən təşkil etməyə də imkan verəcək.
“Microsoft” bildirib ki, məhdud müddət üçün nəzərdə tutulan könüllü proqram uyğun işçilərə maliyyə dəstəyi və karyera planlaşdırılması üzrə resurslar təqdim edəcək.