Microsoft : Azərbaycanda süni intellektdən istifadə səviyyəsi 15,5 % ə yüksəlib | Icma.az
Icma.az, Baku.ws portalına istinadən məlumat verir. Azərbaycanda 2025-ci ilin ikinci yarısında süni intellektdən istifadə səviyyəsi 15,5 %-ə
BAKU.WS "Report"a istinadən xəbər verir ki, sözügedən göstərici ötən ilin birinci yarısında 14,2 % təşkil edib.
Hesabatda vurğulanır ki, qlobal miqyasda süni intellektin tətbiqi artsa da, ölkələr və regionlar arasında rəqəmsal fərqlər qalmaqda davam edir.
Belə ki, 2025-ci ilin ikinci yarısında süni intellektdən istifadə səviyyəsi Gürcüstanda 18,2 % (ötən ilin birinci yarısında bu göstərici 17,3 % olub), Türkiyədə 14,6 % (13,4 %), Qazaxıstanda 13,7 % (12,7 %), Rusiyada 8 % (7,6 %), Ermənistanda 6,6 % (6,2 %), Özbəkistanda isə 6,3 % (5,7 %) olub.
Qeyd edək ki, hesabatda süni intellektdən istifadə göstəricisi generativ AI məhsullarından istifadə edən əhalinin payı əsasında hesablanıb.
Hesablamalar zamanı "Microsoft"un anonimləşdirilmiş məlumatları, eləcə də ölkələrin internetə çıxış imkanları və əhali göstəriciləri nəzərə alınıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu