Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-ın texnologiya giqantı "Microsoft" Çin hökuməti ilə əlaqəli haker qrupunun süni intellekt alətlərindən istifadə edərək qlobal miqyasda yüzlərlə təşkilatı hədəf aldığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, "Microsoft Security Research" və "Microsoft Threat Intelligence" mütəxəssislərinin yayımladığı hesabatda bildirilir ki, Pekinlə əlaqələndirilən "Storm-0940" kiber aktyoru hücumları avtomatlaşdırmaq məqsədilə süni intellektlə işləyən "ARTEX" nüfuzetmə testi sistemindən istifadə edib.
Məlumatlara görə, hücumların böyük hissəsində kiberprosessorlar təşkilatların bulud infrastrukturuna imtiyazlı giriş hüququ əldə edə biliblər. Hətta bəzi hallarda ilkin hədəfin müəyyənləşdirilməsindən sistemə imtiyazlı daxilolmanın təmin edilməsinə qədər olan müddət 3 saatdan az çəkib.
Hücuma məruz qalanlar arasında aviasiya və müdafiə, avtomobil, kimya, energetika, maliyyə, dövlət sektoru, hüquq, istehsal, media, hərbi, yarımkeçiricilər, proqram təminatı, texnologiya sahələri, eləcə də analitik mərkəzlər və qeyri-hökumət təşkilatları yer alır.
Aytən Yaşar/ Turkustan.az