Microsoft Nvidia nı geridə qoyaraq ikinci pilləyə yüksəldi

26.11.2026

Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müəllif:Mehin Qasımova,Banco.az

Süni intellekt çiplərinin istehsalçısı “Nvidia” bazar kapitallaşmasına görə dünyanın ən böyük şirkətləri siyahısında üçüncü pilləyə geriləyib.

Banco.az xəbər verir kiZ, şirkət ikinci yerdə qərarlaşan “Microsoft”dan geri qalıb.

Çərşənbə günü “Nvidia”nın səhmləri 3,91% ucuzlaşaraq 149,30 dollara enib. Şirkətin səhmləri bazar ertəsindən etibarən ümumilikdə 9,71% dəyər itirib.

Hazırda bazar kapitallaşmasına görə dünyanın ən dəyərli üç şirkəti belə sıralanır:

Apple – 5,167 trilyon dollar

Microsoft – 3,638 trilyon dollar

Nvidia – 3,605 trilyon dollar

Alphabet – 3,331 trilyon dollar

 Amazon – 2,643 trilyon dollar

Qeyd edək ki, “Nvidia”nın səhmləri əvvəlki günlərdəki bahalaşma fonunda bazar kapitallaşmasına görə ikinci yerə yüksəlmişdi. Lakin son ucuzlaşma şirkətin yenidən üçüncü pilləyə geriləməsinə səbəb olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью