“Microsoft” Sİ ə sərhəd qoyur

15.09.2026

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


“Microsoft” gələcəkdə hazırlayacağı süni intellekt modellərinin təhlükəsiz və insan nəzarəti altında işləməsi üçün yeni davranış qaydaları hazırlayıb.

“Bakupost” xəbər verir ki, şirkətin yayımladığı layihədə Sİ modellərinin insan nəzarətindən çıxmaması və təhlükəli fəaliyyətlərə kömək etməməsi nəzərdə tutulur.

Qaydalara əsasən, modellərin silah hazırlanmasına kömək etməməsi, təhlükəli maddələrə çıxışı asanlaşdırmaması və zorakılıq məzmunu yaratmaması planlaşdırılır.

“Microsoft” layihə ilə bağlı 6 həftə ərzində ictimaiyyətin fikirlərini toplayacaq. Qaydaların ilin sonunda yenilənməsi və 2027-ci ildən Sİ modellərinin hazırlanmasına rəhbərlik etməsi gözlənilir.

Vüsalə Hüseynova,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью