Microsoft şirkəti yeni Maia 200 çipini təqdim etdi

26.01.2026

Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Microsoft” şirkəti yeni Maia 200 çipini təqdim edib.

Banco.az xəbər verir ki, “Microsoft” süni intellekt modellərini daha sürətli və daha səmərəli işlətmək üçün nəzərdə tutulmuş ən yeni çipi Maia 200-ü bazara çıxardığını açıqlayıb. Texnologiya nəhəngi Maia 200-ün süni intellekt əsaslı əməliyyatların daha az fasilə və daha aşağı enerji istehlakı ilə həyata keçirilməsinə imkan verəcəyinə ümid edir.

Şirkətin 2023-cü ildə təqdim etdiyi Maia 100 modelindən sonra istehsal olunan Maia 200 güclü süni intellekt modellərini daha sürətli və səmərəli işlətmək üçün texniki baxımdan təkmilləşdirilib. Maia 200 100 milyarddan çox tranzistorla təchiz olunub və 4-bit dəqiqlikdə 10 petaflops-dan çox, 8-bit performansda isə təxminən 5 petaflops hesablama gücü təqdim edir ki, bu da əvvəlki modellə müqayisədə əhəmiyyətli artım deməkdir.

Daha iri miqyaslı süni intellekt modelləri üçün artıq hazır olduğu bildirilən çipin “Microsoft” tərəfindən “OpenAI”ın GPT-5.2 modeli üçün istifadə ediləcəyi qeyd olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью