Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Microsoft mürəkkəb tibbi halların diaqnostikası zamanı həkimlərin düşünmə və qərarvermə prosesini təqlid edən süni intellekt sistemi hazırlayıb.
“Reuters” agentliyinin yaydığı məlumata görə, sistem tibbi məlumatları mərhələli şəkildə təhlil edir, əlavə müayinə nəticələrini və suallara verilən cavabları nəzərə alaraq mümkün diaqnozları yenidən qiymətləndirir. Bu yanaşma həkimlərin mürəkkəb klinik hallarda məlumatları ardıcıl araşdıraraq nəticəyə gəlmə üsuluna əsaslanır.
Texnologiyanın imkanları 300-dən çox mürəkkəb klinik hadisə üzrə qiymətləndirilib və əldə olunan nəticələr həkimlərin rəyləri ilə müqayisə edilib.
Sistemdən təcili yardım şöbələrində xəstələrin ilkin qiymətləndirilməsi üçün istifadə imkanları da araşdırılır.
Hazırladı:
S.Rzayeva
XQ