Microsoft un işində yenidən problem yaranıb

13.11.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müxtəlif ölkələrdən olan istifadəçilər "Microsoft" xidmətlərində yaranan texniki problemlərlə bağlı şikayətlər edirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Downdetector" platformasının məlumatlarında bildirilir.

Qeyd olunur ki, noyabrın 13-də səhər saatlarından etibarən Hindistan, Almaniya, Niderland, Fransa və digər ölkələrdə istifadəçilər Outlook elektron poçt xidmətində problemlərlə üzləşiblər.

Bundan başqa, "Microsoft" 365, Teams, Store və Copilot xidmətlərində də nasazlıqlar qeydə alınıb.

Xatırladaq ki, noyabrın 12-də "Microsoft" sistemində baş verən texniki nasazlıq Exchange Online bulud e-poçt xidməti və digər Microsoft 365 məhsullarının fəaliyyətində fasilələrə səbəb olmuşdu. Həmin vaxt əsasən Şimali və Cənubi Amerikadakı istifadəçilər elektron poçta girişlə bağlı çətinliklər yaşadıqlarını bildirmişdilər.

Murad İsmayıl

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью