Icma.az bildirir, Redaktor.az portalına istinadən.
YouTube-un soyqırım və zorakılıqla bağlı videoları silməsindən sonra növbəti müzakirə mövzusu Microsoft-un İsraillə əlaqələri olub. Dünyanın ən böyük proqram təminatı şirkətlərindən biri olan Microsoft-un Qəzzada rəqəmsal soyqırımına imza atdığı iddia edilir.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, şirkət Qəzza əhalisini 24 saat izləmək üçün yaradılan sistemlərin qurulmasında iştirak edib. Bildirilir ki, telefon danışıqları və şəxsi məlumatlar Microsoft-un infrastrukturunda saxlanılıb. Bundan əlavə, şirkətin təhlükə bal sistemi quraraq İsrail xüsusi xidmət orqanları üçün Qəzzada ölüm siyahılarının hazırlanmasına yardım etdiyi iddia olunur.
Bu məlumatlar beynəlxalq mediada geniş rezonans doğurub və Microsoft-un bölgədəki fəaliyyətinə dair ciddi tənqidlər səsləndirilib. Şirkət isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Aytəkin TOFİQQIZI