MİDA: 12 minə yaxın ailə mənzillə təmin olunub

04.09.2026

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) həyata keçirdiyi layihələr çərçivəsində indiyədək 12 minə yaxın ailə mənzillə təmin olunub.

“APA-Economics” xəbər verir ki, bunu MİDA-nın Aparat rəhbəri Cəmşid Əmirov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Agentlik tərəfindən bu gün 11-ci güzəştli mənzil layihəsinin satışı həyata keçirilir.

C. Əmirov qeyd edib ki, MİDA-nın fəaliyyəti yalnız Bakı şəhərini deyil, respublikanın müxtəlif bölgələrini də əhatə edir.

Hazırda Agentlik tərəfindən Bakının Hövsan qəsəbəsində, Abşeron rayonunun Saray qəsəbəsində və Naxçıvan şəhərində də layihələr həyata keçirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью