Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyində fəaliyyət göstərən “MİDA” MMC tender müsabiqəsi elan edib.
Yeniavaz.com xəbər verir ki, müsabiqə Abşeron rayonu, Saray qəsəbəsində 4,5 ha torpaq sahəsində 2 mərtəbəli 80 yerlik uşaq bağçasının tikintisi ilə bağlıdır.
Qeyd edək ki, müsabiqənin ehtimal olunan qiyməti 2 milyon 390 min 218 manat 90 qəpik təşkil edir.
Elnur Əli