MİDA güzəştli mənzilləri satışa çıxarıb

05.11.2024

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Sumqayıt şəhəri, Bulvar küçəsi, 197 ünvanında yerləşən Sumqayıt Yaşayış Kompleksi üzrə 392 mənzili və Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksi üzrə 152 mənzili, ümumilikdə 544 mənzili satışa çıxarıb.
Reyting.az
xəbər verir ki, satış dekabrın 6-da saat 11:00-da başlayacaq və dekabrın 14-ü saat 11:00-a qədər davam edəcək: "MİDA-nın sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi “Elektron hökumət” portalı üzərindən (www.e-gov.az) dekabrın 10-da saat 11:00-da başlayacaq və dekabrın 14-ü saat 11:00-a qədər davam edəcək".

Ana səhifəyə dön


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью