MİDA nın həyəti avtosalona çevrilib Sakinlər çıxılmaz vəziyyətdə

29.01.2026

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

MİDA yaşayış kompleksində parklanma problemi yaşanır.

Milli.Az-ın məlumatına görə, binanın həyəti avtomobil alveri ilə məşğul olan şəxslər tərəfindən zəbt olunub. 

Sakinlər bildirir ki, işdən evə qayıdarkən şəxsi avtomobillərini saxlamaq üçün yer tapmaq mümkün olmur. Nəticədə sakinlər avtomobillərini yol kənarında saxlamağa məcbur qalır.

"Hər şey etik qaydada olmalıdır. Biz bina sakinləri yer tapa bilmirik. Çindən, ordan-burdan maşın gətirib parkinq kimi istifadə edirlər. Buna heç bir aidiyyatı qurum əncam qılmır. Mən gəlmişəm işdən evə, maşını saxlamağa yer yoxdu",- deyə qeyd ediblər.

Şikayətçilərin sözlərinə görə, problem dəfələrlə mediada işıqlandırılsa da, problem həllini tapmayıb. 

Mina Mikayılova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью