MİDA nın növbəti güzəştli mənzil satışı ilin sonuna planlaşdırılır

04.09.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 4 sentyabr, AZƏRTAC

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən növbəti güzəştli mənzil satışı ilin sonuna planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) aparat rəhbəri Cəmşid Əmirov Lənkəran, Şirvan və Yevlax Yaşayış Komplekslərində mənzillərin güzəştlə satışı prosesinin müşahidə edilməsi çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı deyib.

Bildirilib ki, növbəti satışın hansı layihələr üzrə həyata keçiriləcəyi barədə məlumatlar müvafiq qaydalara uyğun olaraq satışa ən azı 30 gün qalmış açıqlanacaq.

Fotoqraf - Orxan Kərimov

Videooperator - Ceyhun Musatafayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью