Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) yeni kadr təyinatı olub.
Bununla bağlı MİDA-nın İdarə Heyətinin sədri Sadıq Sadıqov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Faid Əhədov Agentliyin İnformasiya Texnologiyaları şöbəsinin Sistem administrasiyası rəhbəri vəzifəsinə təyin olunub.
O, yeni təyinatadək "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində İnformasiya Texnologiyaları üzrə rəhbər vəzifəsində çalışıb. (Nocomment.az)
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin