MİDA yaşayış kompleksinin həyətində su xəttində baş verən qəza ARADAN QALDIRILDI

18.11.2025

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Yasamal rayonunda su xəttində baş verən qəza aradan qaldırılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, Yasamal rayonu, Müstəqillik küçəsində, MİDA yaşayış kompleksində su xəttində baş verən qəza Yasamal Rayon Sukanal İdarəsi tərəfindən aradan qaldırılıb. Problem həll olunub.
Xatırladaq ki, noyabrın 17-si sözügedən ünvanda su xəttinin partlaması nəticəsində küçəyə axan su gölməçə yaradaraq avtomobillərin və piyadaların hərəkətini çətinləşdirmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью