MİDAnın 1,5 milyonluq tenderi ləğv edildi

02.12.2024

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyində fəaliyyət göstərən "MİDA" MMC-nin tenderi ləğv edilib. 

Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, Şirvan şəhəri, Naxçıvan küçəsində 8,11 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksinin sahəxarici və sahədaxili qaz təminatı işlərinin satın alınması ilə bağlı elan edilən tender Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qərarı ilə ləğv olunub. 

Tenderin ləğv olunma səbəbi haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. 

Bu tender üzrə görüləcək işlərin ehtimal olunan qiyməti 1 595 209,23 manat müəyyənləşdirilmişdi. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью