Icma.az bildirir, Unikal.az portalına istinadən. "MİDA-nın onlayn mənzil satışında əsas parametr ilk mənzilin neçənci saniyədə satılmasıdır.
Onlayn satışa start verilən andan ilk mənzilin neçənci saniyədə satılması ilə bağlı MİDA hesabatlarında 2 parametr var.
Bu, mənzilin sistemdə tapılaraq baxış keçirilməsi və mənzilin təsdiqlənməsidir".
"Unikal" xəbər verir ki, bunu İKT üzrə ekspert Osman Gündüz deyib.
Onun sözlərinə hörə, mənzilin baxış üçün seçilməsi, onlayn satışa start verilən andan vətəndaşın sistemə daxil olub axtarış verərək istədiyi mənzilin tapılması müddətini göstərir: "Məhz bu, ilk mənzilin neçənci saniyədə satıla biləcəyini göstərən əsas parametrdir.
Yəni, iddiaçı mənzilə baxış edirsə, artıq o daha tez sistemə daxil olub, axtarış verib, mənzili tapıb, artıq onu gözaltı edib və bu mənzil artıq digərlərinin axtarışında görünmür.
İddiaçı mənzilə baxışını-seçimini istəsə həmin an, istəsə bir qədər gec də təsdiqləyə bilər.
Yəni, bu parametr əslində real olaraq ilk alış saniyəsi olaraq qəbul edilə bilər.