MİDAnın “işıq sürəti”ndə satılan mənzilləri: “Ehtiyacı olan deyil, pulu olan qazanırsa, tə…
Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
- + Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ötən gün həyata keçirdiyi növbəti layihəsi – Sumqayıt Yaşayış Kompleksi və Lənkəran Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı müzakirəsiz ötüşməyib.
Hər zaman olduğu kimi bu dəfə də işıq surəti ilə başa çatan satış zamanı 35 saniyə ərzində 544 mənzilin seçimində 4 176 nəfər iştirak edib.
Bu dəfə də sistemə qoşulmağa macal tapmayanlar ən çox mənzilə ehtiyacı olanlardır.
Sosial şəbəkələrdə tənqid hədəfinə tuş gələn MİDA-ya etiraz edənlər 2022-ci ildə 5 saniyə ərzində reallaşan satışın nəticələrinin ləğvini, həbs edilənlərin olduğunu xatırladıblar.
İnsanlar MİDA-nın yaratdığı elektron sistemdə dəyişiklik edilməsi tələbini irəli sürürlər.
Məsələ ilə bağlı Pravda.az-a fikirlərini bölüşən sosioloq Naib Niftəliyev deyib ki, bu cür mənzil satışlarında çox vaxt ehtiyacı olanlar deyil, ikinci mənzil əldə etmək istəyənlər mənzilə yiyələnirlər: “Mənzil satışında sosial mənzillərdən və daha çox ehtiyacı olanlardan söhbət gedirsə, burada marketinq strategiyası ehtiyac meyarlarına hesablanmalıdır.
Qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində güzəştli limit müəyyənləşdirilməli, diferensiallıq olmalıdır.
Tam oxu
Xəbəri oxu