Miəcik karvansarası dağılmaq təhlükəsi ilə üz üzədir Fotolar

20.11.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakının Qaradağ rayonunda XIV əsrə aid Miəcik karvansarası dağılmaq təhlükəsi ilə üz-üzədir. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə həvəskar fotoqraf Fəridə Ziyadova sosial şəbəkə hesabında paylaşım edib.

O, abidənin baxımsız vəziyyətdə qalmasına və aidiyyəti qurumların məsələyə biganə yanaşmasına etirazını bildirib. 

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, abidənin bərpası investisiya siyahısına daxil edilib.

“Qədim karvan yollarının üzərində yerləşən Qaradağ rayonu ərazisində bir neçə karvansara var. Onlardan biri də ölkə əhəmiyyətli tarixi memarlıq abidəsi kimi dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil edilən Miəcik karvansarasıdır. XIV əsrdə inşa edildiyi məlum olan həmin karvansaranın bərpa-konservasiya edilməsi nəzərdə tutulur. Bu məqsədlə abidənin bərpası investisiya siyahısına daxil edilib. Bərpa-konservasiya işləri çərçivəsində kompleks tədbirlərin görülməsi planlaşdırılır”, - məlumatda qeyd edilib.

Lamiyə Məmmədova













Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью