Miika “Sabah”a məğlubiyyətdən nələr dedi?

29.07.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Finlandiyanın “KuPS” komandasının baş məşqçisi Miika Nuutinen Çempionlar Liqasında “Sabah”a uduzduqları oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis klubun saytına açıqlamasında 0:2 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Rəqibin ilk qolunun qarşısını daha yaxşı ala bilərdik. Bundan sonra oyuna əvvəlki kimi nəzarət edə bilmədik və enerjimiz də azaldı. Evdə 0:2 hesabı ilə uduzduğumuz üçün çox məyusuq. Amma Bakıda keçirdiyimiz ilk oyundan fərqli olaraq, bu dəfə olmaq istədiyimiz “KuPS”a daha çox bənzəyirdik.

Çox keyfiyyətli heyətə və məşqçiyə sahib komandaya uduzduq. Azarkeşlərimizə dəstəklərinə görə təşəkkür edirəm. Bu matçdan dərs çıxaracağıq”.

“Sabah” Çempionlar Liqasının III təsnifat mərhələsində “Lex” (Polşa) – “Orxus” (Danimarka) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandaların ilk oyununda poznanlılar qələbə qazanıb – 4:1.

“KuPS” isə yoluna Avropa Liqasında davam edəcək. Finlər “Levski” (Bolqarıstan) – “Krayova” (Rumıniya) cütünün məğlubu ilə qarşılaşacaq. Tərəflərin ilk dueli bolqarların qələbəsiylə başa çatıb – 1:0.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью