Mik Menyan “Milan”la yeni müqavilə imzalayıb

31.01.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Qapıçı Mik Menyan “Milan”la müqaviləsini uzadıb. Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

İdman.Biz xəbər verir ki, futbolçunun “rossoneri” ilə yeni müqaviləsi 2031-ci ilin yayına qədərdir. Bu mövsüm fransız qapıçı Milan klubunda bütün yarışlarda 25 oyunda meydana çıxıb və 11 dəfə qapısını toxunulmaz saxlayıb.

Transfermarkt onun dəyərini 25 milyon avro qiymətləndirir.

Qolkiper 2021-ci ildən bəri İtaliya klubundadır. O, “Milan”da 188 oyun keçirib ki, bunlardan 70-i qapısını toxunulmaz saxlayıb. Menyan klubla İtaliya çempionluğunu və İtaliya Superkubokunu qazanıb.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью