Mikautadze Premyer Liqa yolunda

15.03.2025

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gürcü hücumçu Jorj Mikautadze İngiltərə Premyer Liqasına keçə bilər.

Apasport.az "TodoFichajes" portalına istinadla xəbər verir ki, “Vest Hem” 24 yaşlı gürcü futbolçunun transferi üçün “Lion”a təklif hazırlayır.

“Lion” da öz növbəsində Mikautadzeni sərfəli qiymətə satmaq istəyir.

Lakin Liqa 1 klubu oyunçu ilə bağlı qərar verməyə tələsmir. Jorja təkcə “Vest Hem” deyil, digər klublar da maraq göstərir.

Nüfuzlu "transfermarkt" portalı Mikautadzenin dəyərini 18 milyon avro olaraq qiymətləndirir.  
 

“Vilyareal”ın üzvü “Liverpul”un marağında “Çelsi” “Sportinq”in futbolçusunu transfer edəcək İngiltərədə ən yaxşı baş məşqçisi müəyyənləşib Salah ayın oyunçusu seçilib Vinisius "Real Madrid"in növbəti matçını buraxacaq
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью