Operativmedia saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Operativ Media" həmin müsahibəni təqdim edir: - “Qarabağ” üzərində qazanılan qələbəni necə şərh edərdiniz?
- İlk hissədə oyunumuz bir qədər çətin keçdi. Lakin fasilədə baş məşqçimiz taktikanı dəyişdi. Belədə işimiz daha asan oldu.
Bu səbəbdən də ardıcıl qollar vurduq. - Bu cür hesabla qələbə qazanacağınızı gözləyirdiniz? - Bakıya qələbə üçün gəlmişdik.
Düzdür, bu hesabla qalib gələcəyimizi gözləmirdik. Lakin qələbə bizə çox lazım idi. Hədəfimiz 3 xal idi və buna da nail olduq.
- “Qarabağ”ın potensialını necə dəyərləndirərdiniz? - “Qarabağ” çox yaxşı komandadır. Onlara uğurlar arzulayıram.
Bu matçda da fərqlənmək üçün xeyli şansları oldu. Yaxşı ki, qol imkanlarını dəyərləndirə bilmədilər. Biz isə ardıcıl qollar vura bildik.
“Qarabağ”ı komanda kimi bəyəndim. - Qonşu Azərbaycandan hansı hisslərlə ayrılırsınız? - Şəhər gəzintisi zamanı Bakını çox bəyəndim.