Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb

19.11.2024

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistan İslam Respublikasının özəlləşdirmə, investisiya şurası və kommunikasiya üzrə federal naziri Abdul Alim Xan ilə görüşüb.

Oxu.Az xəbər verir ki, Mikayıl Cabbarov bu barədə özünün "X" hesabında bildirib:

"Görüşümüzdə ölkələrimizin iqtisadi tərəfdaşlığının inkişafını məmnunluqla vurğuladıq. İnvestisiyalar, ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin hər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı məsələləri müzakirə etdik".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью