Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb Xəbər saytı Son xəbərlər və Hadisələr

19.11.2024

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistan İslam Respublikasının özəlləşdirmə, investisiya şurası və kommunikasiya üzrə federal naziri Abdul Alim Xan ilə görüşüb.

BAKU.WS xəbər verir ki, Mikayıl Cabbarov bu barədə özünün "X" hesabında bildirib:

"Görüşümüzdə ölkələrimizin iqtisadi tərəfdaşlığının inkişafını məmnunluqla vurğuladıq. İnvestisiyalar, ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin hər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı məsələləri müzakirə etdik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью