Mikayıl Cabbarov Abdulla Bin Touq Al Marri ilə görüşüb

25.04.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Abdulla Bin Touq Al Marri ilə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə nazir öz "X" hesabında paylaşım edib.

Nazir həmkarı ilə iki ölkə arasındakı iqtisadi əlaqələrdən bəhs etdiklərini bildirib.

"BƏƏ-nin iqtisadiyyat naziri, həmkarım Abdulla Bin Touq Al Marrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşməkdən məmnun olduq. Ölkələrimizin iqtisadi sektorda birgə fəaliyyəti, ticarət, investisiya, sənaye parkları və yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr apardıq" - deyə, nazir qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью