Mikayıl Cabbarov Ankarada üçtərəfli görüşdə müzakirə olunan məsələləri açıqladı

29.01.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Həmkarlarla birlikdə Ankarada Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat/infrastruktur nazirlərinin ikinci üçtərəfli görüşündə iştirak etmək xoş oldu".

Oxu.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" sosial şəbəkəsindəki hesabında bildirib:

"Görüş zamanı ölkələrimizin iqtisadi əməkdaşlığını dərinləşdirmək, qarşılıqlı ticarət həcmlərini artırmaq, özəl sektorları yeni investisiya layihələri həyata keçirməyə təşviq etmək, rəqəmsal əməliyyatlara fəal dəstək üzrə təşəbbüsləri nəzərdən keçirdik. Birgə fəaliyyətimizi gücləndirmək üçün növbəti addımları müəyyənləşdirdik".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью