Mikayıl Cabbarov AYİBin vitseprezidenti ilə görüşüb

11.11.2024

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) vitse-prezidenti Yurgen Riqterinklə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə nazir özünün "X" hesabında paylaşım edib:

Görüşümüzdə yaşıl iqtisadiyyatın təşviqi sahəsində nəzərdə tutulan layihələr, aşağı karbonlu həllərə keçid, dövlət-özəl tərəfdaşlığını gücləndirilməsini dəstəkləyən təşəbbüslər, COP29-da AYİB-in iştirakı və əməkdaşlığın şaxələndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью