Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Azərbaycan və İsrail institusional səviyyədə uzunmüddətli əlaqələrə əsaslanan möhkəm siyasi etimad və konstruktiv dialoq təməlinə sahibdir
Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-İsrail biznes forumunda bildirib.
Onun sözlərinə görə, sirr deyil ki, Azərbaycan və İsrail siyasi və institusional səviyyədə uzunmüddətli əlaqələrə əsaslanan möhkəm siyasi etimad və konstruktiv dialoq təməlinə sahibdir: "Daha da önəmlisi, bu, insanlararası münasibətlər və əsrlər boyu birgə yaşayış təməlinə söykənir. Vurğulanmalıdır ki, yüksək səviyyəli təmaslar münasibətlərimizin möhkəmlənməsində mühüm rol oynayır və bu xüsusda ötən həftə Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində iki prezident - Prezident Əliyev və Prezident Hersoq arasındakı görüşü xüsusi qeyd edirəm".