Mikayıl Cabbarov BƏƏli həmkarı ilə görüşdü

20.11.2024

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marrini ölkəmizdə qarşılamaqdan məmnun olduq".

Oxu.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" hesabında məlumat verib:

"Yaşıl iqtisadiyyata keçid sahəsində investisiyaların təşviqi, bərpaolunan enerji layihələri çərçivəsində uğurlu tərəfdaşlıq, biznes və ticarət əlaqələrinin genişləndirilməsi, rəqəmsal həllər üzrə birgə fəaliyyətin gücləndirilməsi və ölkələrimizin iqtisadi diversifikasiya hədəflərinə yönəlik əməkdaşlıq imkanları barədə fikirlərimizi bölüşdük".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью