Mikayıl Cabbarov Beynəlxalq İnkişaf Fondunun prezidenti ilə görüşdü

15.11.2024

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"COP29 çərçivəsində OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti Əbdülhəmid Əl-Xəlifə ilə görüşümüzdə enerji keçidinin inklüziv şərtlər əsasında reallaşdırılmasının vacibliyini vurğuladıq".

Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" hesabında bildirib:

"Davamlı inkişafın təşviqi, enerji təhlükəsizliyinin təmin edilməsi, iqtisadi şaxələnmə prioritetlərini və ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə etdik".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью