Mikayıl Cabbarov Beynəlxalq Könüllülər Günü münasibətilə paylaşım edib Xəbər saytı Son xəbərlər və Hadisələr

05.12.2024

Icma.az, Baku.ws saytına istinadən bildirir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov 5 dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə bütün könüllüləri təbrik edib.

BAKU.WS-in verdiyi məlumata görə, o bu barədə "X" hesabında paylaşım edib.

"5 dekabr - Beynəlxalq Könüllülər Günü bu humanist fəaliyyətin əhəmiyyətini vurğulamaq üçün əlamətdar fürsətdir. Bəşəri dəyərlərə sadiqliyi təşviq edən könüllülər ölkəmizin dayanıqlı inkişafına töhfələr verirlər. Bütün könüllülərimizə təşəkkür edir, işlərində uğurlar və yeni nailiyyətlər arzulayırıq", - deyə paylaşımda qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью