Mikayıl Cabbarov BMT əlaqələndiricisi ilə müzakirələr apardı

28.12.2024

Icma.az, Manset saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.

Nazirlikdən Manset.az-a bildirilib ki, görüşdə ölkəmizin BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə çoxvektorlu əməkdaşlığı vurğulanıb. Qeyd olunub ki, 2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında dayanıqlı inkişaf üzrə əməkdaşlığa dair Çərçivə Sənədinin icrası tərəfdaşlığın inkişafında mühüm faktora çevrilib. COP29-un Azərbaycanda təşkili və uğurla yekunlaşması isə qlobal problemlərin həllində məsuliyyətli tərəfdaş olan ölkəmizin BMT ilə münasibətlərinin genişləndirilməsi üçün əlavə stimul yaradıb.

Tərəflər Dayanıqlı İnkişaf Məqsədlərinin icrası və 2026-2030-cu illər üzrə əməkdaşlığa dair yeni Çərçivə Sənədinin hazırlanması üçün strateji istiqamətlərin müəyyənləşdirilməsinə dair müzakirə aparıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью