Mikayıl Cabbarov Bukhamseen Group Holding Company şirkətinin baş icraçı direktoru ilə görüşüb

09.10.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov "Bukhamseen Group Holding Company" şirkətinin baş icraçı direktoru Emad Buxamsin ilə görüşüb.

Oxu.Az xəbər verir ki, nazir bu barədə "X" hesabında paylaşım edib.

"Küveyt Dövlətinə işgüzar səfərimiz çərçivəsində ticarət, daşınmaz əmlak, maliyyə, bankçılıq, turizm, mühəndislik və sənaye istehsalı kimi sahələrdə fəaliyyət göstərən "Bukhamseen Group Holding Company" şirkətinin sədr müavini və baş icraçı direktoru cənab Emad Buxamsin ilə keçirdiyimiz görüşdə Azərbaycanda xarici investorlar üçün mövcud əlverişli imkanlar, inklüziv biznes mühiti və beynəlxalq şirkətlərlə tərəfdaşlığın inkişafı üçün stimullaşdırıcı təşəbbüslər barədə danışdıq. Potensial sahələr üzrə əməkdaşlıq imkanlarını dəyərləndirdik", - M.Cabbarov qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью