Mikayıl Cabbarov Cefri Pyatt ilə fikir mübadiləsi aparıb

15.11.2024

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində ABŞ dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt ilə görüşüb.

Oxu.Az xəbər verir ki, Mikayıl Cabbarov bu barədə özünün "X" hesabında bildirib.

"Yaşıl enerji keçidində qlobal təchizatı sabitləşdirmək üçün beynəlxalq əməkdaşlığın təşviqi, ölkəmizin bərpaolunan enerji mənbələrindən istifadənin artırılması təşəbbüsləri və dayanıqlı biznes modellərinə investisiya axınının perspektivləri barədə fikir mübadiləsi apardıq", - deyə iqtisadiyyat naziri paylaşımında qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью