Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin “China National Chemical Engineering & Construction Corporation Seven” (CC7) şirkətinin İdarə Heyətinin sədri Lunq Xayyang ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, görüş zamanı Azərbaycanda və üçüncü ölkələrdə neft və neft-kimya sənayesində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər mövcud layihələrin cari vəziyyəti, növbəti mərhələlərin icrası və bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.
Görüşdə həmçinin tərəfdaş şirkətlər və maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, CC7 Çinin kimya mühəndisliyi və tikinti sektorunda fəaliyyət göstərən iri şirkətlərdən biridir.