Mikayıl Cabbarov: Coursera platformasından 25 minə yaxın vətəndaş istifadə edib

11.07.2025

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda indiyə qədər 25 minə yaxın vətəndaş "Coursera" platformasından istifadə edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Sənaye 4.0 Forumu – Gələcəyin sənayesi: Texnologiya və insan gücü” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin birgə dəstəyi, ABŞ-ın “Coursera” şirkətinin iştirakı ilə dövlət-özəl tərəfdaşlığı çərçivəsində reallaşan “4Sİ Akademiyası” layihəsi bu sahədə mühüm rol oynayır.

"Proqram çərçivəsində azərbaycanlı istifadəçilərin sertifikat alma faizi ötən illə müqayisədə iki dəfə artıb", - deyə nazir qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью