Mikayıl Cabbarov Dünya Bankının rəsmiləri ilə mühüm müzakirələr apardı

26.01.2026

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Avropa, Mərkəzi Asiya regionunun infrastruktur sahəsi üzrə regional direktoru Çarlz Kormiyer və Cənubi Qafqaz üzrə regional direktoru Rolande Prays ilə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Xəbərə görə, görüşdə Azərbaycanın Dünya Bankı ilə səmərəli əməkdaşlıq həyata keçirdiyi vurğulanıb. Bankın ölkə iqtisadiyyatının müxtəlif sahələrində göstərdiyi dəstəyin əhəmiyyəti qeyd olunub.

Həmçinin, tərəflər birgə layihələrin icra vəziyyətini dəyərləndiriblər.

Açıqlamada qeyd olunur ki, müzakirələr zamanı şəhərsalma sektoru üzrə icra olunan layihələr, Orta Dəhlizin regional perspektivləri, şəhər mobilliyi, bərpa olunan enerji və yaşıl iqtisadiyyata transfer təşəbbüslərinə dəstək imkanları nəzərdən keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью