Mikayıl Cabbarov Gənclər Günü münasibəti ilə paylaşım edib

02.02.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

İqtisadiyyat naziri Mikayıl Cabbarov 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə gəncləri təbrik edib.

Oxu.Az xəbər verir ki, o bu barədə özünün "X" hesabında paylaşım edib.

"Azərbaycan gənclərinin yüksəlişi, ölkəmizin tərəqqisində, beynəlxalq müstəvilərdə təmsil edilməsində fəal iştirakı və uğurları qürurvericidir. Gənc nəslin davamlı inkişafını dəstəkləmək, gənc sahibkarların fəaliyyətini stimullaşdırmaq mühüm prioritetlərimizdəndir. 2 fevral - Azərbaycan Gənclər Günü münasibətilə bütün gənclərimizi təbrik edir, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulayırıq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью